NEWS

“Təhsil proqramı və sillabusun mahiyyəti” təlimləri 650 tələbəni əhatə edib

Azərbaycan Universitetinin Təlim-Tədris Mərkəzi və Keyfiyyət təminatı şöbəsinin təşkilatçılığı ilə tələbələr üçün “Təhsil proqramı və sillabusun mahiyyəti” mövzusunda təlimlər həyata keçirilib. Təlimlər bütün fakültələr üzrə ümumilikdə 650 tələbəni əhatə edib. 

Təlimlər zamanı ixtisasın təhsil proqramının mahiyyəti, təhsil proqramının daxilində yer alan kompetensiyalar, ixtisasın Proqram Təlim Nəticələri (PTN), Fənn Təlim Nəticələri (FTN) haqqında, ixtisas təhsil proqramına əsaslanaraq tərtib olunan sillabusların mahiyyəti və onlardan düzgün istifadə qaydaları haqqında izahlar təqdim olunub. Maraqlı müzakirələrlə müşayiət olunan təlimləri mərkəzin müdiri Samir Salayev həyata keçirib.  

Qeyd edək ki, “Təhsil proqramı və sillabusun mahiyyəti” mövzusunda təlimlərin növbəti tədris ilində də davamlı və bütün tələbələri əhatə etməklə həyata keçirilməsi planlaşdırılır.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS