NEWS

Abituriyent Məsləhət Mərkəzi şənbə-bazar günlərində fəaliyyət göstərəcək

Abituriyent Məsləhət Mərkəzi şənbə-bazar günlərində fəaliyyət göstərəcək

03 august 2019

Baxış sayı: 2681

Azərbaycan Universitetində ali və orta təhsil müəssisələrinə ixtisas seçimi edən abituriyent və subbakalavrlara kömək etmək məqsədilə yaradılmış Abituriyent Məsləhət Mərkəzi 3, 4 avqust  – şənbə bazar günləri də fəaliyyət göstərəcək.

Dövlət İmtahan Mərkəzi ilə razılıq əsasında yaradılmış mərkəzdə xüsusi təlim keçmiş əməkdaşlarımız abituriyentlərə tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında məsləhət xidməti və texniki dəstək göstərirlər.

Mərkəz ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Qeyd edək ki, ixtisas seçimi 6 avqust saat 23.59-dək davam edəcək. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abiturieyntlər müsabiqəyə buraxılmayacaqlar.

Azərbaycan Universiteti Abituriyent Məsləhət Mərkəzi
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71
Tel.: +994 12 431 41 12 (daxili nömrə 172)

İctimaiyyətlə əlaqələr şöbəsi
03.08.2019

OTHER NEWS