NEWS

Abituriyentlər Məsləhət Mərkəzinə müraciət edə bilərlər

Abituriyentlər Məsləhət Mərkəzinə müraciət edə bilərlər

20 august 2021

Baxış sayı: 1492

20-30 avqust tarixlərində internet vasitəsilə aparılan ixtisas seçimi günlərində abituriyentlər və subbakalavrlar Azərbaycan Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə müraciət edə bilərlər.  Mərkəz saat 09.00-dan 17.00-dək ödənişsiz əsaslarla fəaliyyət göstərir.

Azərbaycan Universitetində fəaliyyət göstərən mərkəz, Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci ildə yaradılıb. Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları abituriyentlərə tələbə qəbulu qaydaları, ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri və bu kimi məsələlər haqqında texniki dəstək və məsləhət xidməti göstərirlər.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç., 71
Telefon: (+994 12) 431 41 17

İctimaiyyətlə əlaqələr şöbəsi
20.08.2021

OTHER NEWS