NEWS

ABŞ səfirliyinin əməkdaşları Azərbaycan Universitetini ziyarət edib

ABŞ səfirliyinin əməkdaşları Azərbaycan Universitetini ziyarət edib

16 november 2015

Baxış sayı: 5167

ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Amy Petersen və təhsil işləri üzrə mütəxəssis Ramina Mürşüdova Azərbaycan Universitetində olublar.
Görüşdə rektor Fərid Əhmədov Azərbaycan Universitetinin fəaliyyətə başlaması və tarixi, qazandığı uğurlar, tədris olunan proqramlar və professor-müəllim heyəti haqqında məlumat verib. Rektor qeyd edib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsində beynəlxalq standartlara uyğunlaşma və qabaqcıl texnologiyaların tədrisə tətbiqi sahəsində xeyli iş görülüb. Fərid Əhmədov, universitetin sıx beynəlxalq əməkdaşlıq əlaqələrinin olduğunu da diqqətə çatdırıb. Qeyd edib ki, xarici ölkə universitetləri ilə ikitərəfli əlaqələrin qurulması və inkişafı, həmçinin beynəlxalq mübadilə proqramlarında iştiraka xüsusi əhəmiyyət verilir. Rektor qonaqları Azərbaycan Universitetində tətbiq olunan beynəlxalq proqramlarla da tanış edib.
Qonaqlar Amy Petersen və Ramina Mürşüdova tələbə və müəllim heyəti üçün ABŞ tərəfindən təklif olunan mübadilə və digər müxtəlif proqramlar haqqında məlumat veriblər. Görüşdə ABŞ-dan dəvət olunmuş professorların Azərbaycan Universiettində təhsil alan tələbələrə mühazirə oxuması, birgə tədbir və digər layihələrin həyata keçirilməsi, əməkdaşlığın digər istiqamətləri üzrə də müzakirələr aparılıb.
Görüşdə Azərbaycan Universitetini rektor Fərid Əhmədovla yanaşı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov da təmsil edib.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
16.11.2015

OTHER NEWS