NEWS

Amerikalı professor Azərbaycan Universitetinin müəllimləri üçün seminar keçirib

Amerikalı professor Azərbaycan Universitetinin müəllimləri üçün seminar keçirib

31 march 2016

Baxış sayı: 5870

ABŞ-ın Kaliforniya ştatının Dominican Universitetinin professoru Liticia Villarreal Sasa Azərbaycan Universitetinin Sosial iş fakültəsinin müəllimləri üçün “Sosial işin tədrisində interaktiv metodlardan istifadə” mövzusunda seminar keçirib. Seminarda əsasən komanda əsaslı təlim metodlarından nümunələr təqdim olunub.
Maraqlı müzakirələrlə davam edən tədbirdə Azərbaycan və Dominican universitetləri arasında əlaqələrin qurulması və anlaşma memorandumunun müddəaları da müzakirə olunub.
Qeyd edək ki, Amerikalı professor Sosial iş fakültəsini ziyarətindən əvvəl Azərbaycan Universitetinin rektoru Fərid Əhmədovun qəbulunda olub. Prof. Liticia Villarreal Sasa Klinik sosial iş, Zərərli maddələrdən asılı şəxslərlə sosial iş, Məktəbdə sosial iş sahələri üzrə mütəxəssisdir. Xanım Villarreal Sasanın Azərbaycana səfəri Fulbrayt proqramı çərçivəsində Sosial İş İctimai Birliyi tərəfindən ABŞ Dövlət Departamentinin Mədəniyyət və Təhsil məsələləri üzrə bürosunun dəstəyi ilə təşkil olunub. Səfərin məqsədi Azərbaycanda sosial iş peşəsinin və sosial iş təhsilinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi ilə təkmilləşdirici seminar və təlimlərin keçirilməsidir.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
31.03.2016

OTHER NEWS