NEWS

Arif Əmrahoğlunun xatirəsi yad edilib

Arif Əmrahoğlunun xatirəsi yad edilib

29 october 2014

Baxış sayı: 4613

Azərbaycan Universitetində tanınmış ədəbiyyatşünas alim, ədəbi tənqidçi, tərcüməçi Arif Əmrahoğlunun anadan olmasının 60 illiyinə həsr olunmuş tədbir keçirilib. Universitetdən AzərTAc-a bildiriblər ki, tədbirdə Azərbaycan filologiyası və jurnalistika kafedrasının müdiri, dosent Ülviyyə Rəhimova çıxış edərək Arif Əmrahoğlunun həyat və yaradıcılığından, onun Azərbaycan ədəbi mühitinə verdiyi töhfələrdən bəhs edib.
Mərasimdə professor Məhərrəm Qasımlı görkəmli alimlə tələbə yoldaşı olduqlarını bildirərək onunla bağlı xatirələrini bölüşüb.
Digər çıxış edənlər də Arif Əmrahoğlunu təvazökar insan, gözəl müəllim, görkəmli alim, dəyərli elmi əsərlərin müəllifi kimi daim qəlblərdə yaşayacağını qeyd ediblər.
Qeyd edək ki, iyul ayında vəfat edən Arif Əmrahoğlu uzun illər Azərbaycan Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
29.10.2014

OTHER NEWS