NEWS

Gənc tədqiqatçılar üçün akademik yazı seminarı keçirilib

Gənc tədqiqatçılar üçün akademik yazı seminarı keçirilib

27 october 2014

Baxış sayı: 4598

Azərbaycan Universitetində prof. Qorxmaz Quliyevin rəhbərliyində “Akademik yazı” mövzusunda seminar keçirilib. Seminarda universitetin magistrant, doktorant və dissertantları, həmçinin müəllimləri iştirak edib.
Seminarda iştirakçılara dissertasiya və elmi məqalələrin hazırlanması qaydaları, bu sahədəki yerli və beynəlxalq təcrübə haqqında ətraflı məlumat verilib, mövzunun seçilməsi, materialın toplanması, sistemləşdirilməsi və işlənməsi, ədəbiyyat və xülasələrin hazırlanması, müəllif hüquqları, aktuallıq, yenilik kimi məqamlara dair xüsusiyyətlər diqqətə çatdırılıb.
Prof. Qorxmaz Quliyev seminarda italyan filosof və alimi, semiotika üzrə mütəxəssis Umberto Ekonun “Diplom işini necə yazmalı” adlı elmi əsəri haqqında da məlumat verərək, bu əsərdə elmi məqalələrə qoyulan tələbləri diqqətə çatdırıb əsərin Azərbaycan dilinə tərcüməsinin faydalı olacağını qeyd edib.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
27.10.2014

OTHER NEWS