NEWS

ECDL imtahanını uğurla adlayanlar sertifikatlarını aldılar

ECDL imtahanını uğurla adlayanlar sertifikatlarını aldılar

01 july 2016

Baxış sayı: 4570

Azərbaycan Universitetində beynəlxalq ECDL sertifikatı (European Computer Driving Lisence) təqdimetmə mərasimi keçirilib. Tədbiri İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev açıb. Dekan fakültənin nəzdində fəaliyyət göstərən ECDL təlim mərkəzinin fəaliyyəti ilə bağlı məruzə edib və sertifikatın karyera imkanları haqqında iştirakçılara məlumat verib.
Tədbirdə daha sonra ECDL sertifikat proqramı üzrə təşkil olunan imtahan prosesini uğurla keçən iştirakçılara sertifikatları təqdim olunub.
Qeyd edək ki, ECDL kompüter biliklərinin ölçən və dünyanın 150-dən çox ölkəsində tanınan beynəlxalq sertifikat proqramıdır. Proqram İrlandiyada yerləşən “ECDL Foundation” tərəfindən idarə olunur.
Azərbaycan Universiteti qeyd olunan proqram ilə TEMPUS proqramı çərçivəsində 2012-ci ildən əməkdaşlıq edir. ECDL təlim mərkəzi isə 2015-ci ilin fevral ayında fəaliyyətə başlayıb. Mərkəzin təlimləri və sertifikasiya imtahanları artıq yekunlaşıb. İmtahanlarda universitetin tələbə - müəllim – inzibati işçi heyətindən 64 nəfər müxtəlif kateqoriyalı sertifikatlara layiq görülüblər. Sertifikat alanlar arasında universitetin məzunları da var.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
30.06.2016

OTHER NEWS