NEWS

Azərbaycan Universitetinin nümayəndə heyəti Türkiyənin Hacettepe və Gazi universitetlərində işgüzar səfərdə olub

Azərbaycan Universitetinin nümayəndə heyəti  Türkiyənin Hacettepe və Gazi universitetlərində işgüzar səfərdə olub

18 march 2016

Baxış sayı: 4454

Beynəlxalq əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayan Azərbaycan Universitetinin nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərində növbəti işgüzar səfərdə olub. Rektor Fərid Əhmədovun rəhbərlik etdiyi heyət Hacettepe və Gazi universitetlərinin rektorları ilə görüşüb. Səfərdə tərəflərin maraqlı olduğu sahələrdə əməkdaşlığın genişləndirilməsi və birgə proqramların həyata keçirilməsi imkanları müzakirə olunub.
Hacettepe Universitetinin rektoru Prof. Dr. A. Haluk Özen ile görüşdə mövcud əməkdaşlığın yeni mərhələyə çıxarılması perspektivləri barədə fikir mübadiləsi aparılıb və razılıq əldə olunub. Əməkdaşlarımız bu istiqamətdə Hacettepe Universitetinin texnoparkı (teknokent) ilə tanış olub, burada fəaliyyət göstərən şirkətlər və həyata keçirilən layihələr haqqında məlumat alıblar. “İktisadi ve idari bilimler” fakültəsi və Sosial iş kafedrasında keçirilən görüşdə isə ikili diplom proqramlarının həyata keçirilə bilməsi üçün mövcud potensial dəyərləndirilib.
Gazi Universitetinin rektoru Prof. Dr. Süleyman Büyükberber ile görüşdə isə iki universitet arasında tələbə və müəllim mübadiləsinin mövcud vəziyyəti, ortaq layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə mövzusu olub.
Qeyd edək ki, səfərdə Azərbaycan Universitetini rektor Fərid Əhmədovla yanaşı Biznes və iqtisadiyyat fakültəsinin dekanı Vüsal Həsənov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov təmsil edib.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
18.03.2016

OTHER NEWS