NEWS

Azərbaycan Universitetinin tələbələri üçün “Code Academy”nin tanıtımı keçirilib

Azərbaycan Universitetinin tələbələri üçün “Code Academy”nin tanıtımı keçirilib

26 may 2016

Baxış sayı: 4763

Azərbaycan Universitetinin tələbələri üçün Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən “Code Academy”nin təqdimatı keçirilib. Tədbirdə qeyd olunub ki, layihə qısa müddətli, intensiv proqramlaşdırma məktəbidir. Məktəb, proqramlaşdırma bacarıqlarını real iş şəraitində öyrətməyi hədəfləyir. 
Tədbiri giriş sözü ilə İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev açaraq qonaqları təqdim edib, layihənin İKT sektorunun ehtiyaclarından yarandığını bildirib.
Yüksək Texnologiyalar Parkının startup şöbə müdiri Ülvi Aslanov həvəsi və təməl kompüter bilikləri olan hər kəsin proqrama müraciət edə biləcəyini deyib. Ülvi Aslanov iştirakçılara 12 həftəlik tədris proqramının təfərrüatlarını izah edib: “Tələbələr hansı səviyyədə olmalarından asılı olmayaraq tətbiq olunan proqram sayəsində qısa müddət ərzində veb developer kimi yetişir, real veb layihə hazırlaya bilirlər”.
Şöbə müdiri müraciət qaydaları, proqramın mərhələləri, tədris olunan proqramlaşdırma dilləri, fərdi və peşəkar qeyri IT seminar və təlimlər, müəllim heyəti haqqında da məlumat verib. 
Tədbirdə “Code Academy”nin meneceri Vəfa Əlizadə, Əməliyyatlar menecerinin köməkçisi Kamran Əmiraslanov da iştirak edib.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
26.05.2016

OTHER NEWS