NEWS

Azərbaycan Universiteti BBA və MBA Proqramı üzrə müəllimlərin işə qəbulunu elan edir

Azərbaycan Universiteti BBA və MBA Proqramı üzrə müəllimlərin işə qəbulunu elan edir

27 july 2018

Baxış sayı: 4276

Azərbaycan Universiteti 2018/2019-cu tədris ili üçün BBA və MBA Proqramında aşağıda qeyd olunmuş fənləri tədris etmək üçün müəllimlərin işə qəbulunu elan edir.

  • Mikroiqtisadiyyat
  • Məhsulun maya dəyəri
  • Vergilər və vergitutma
  • Korporativ maliyyə
  • Maliyyə təhlili
  • Müəssisənin iqtisadiyyatı
  • Vergi inzibatçılığı
  • Beynəlxalq maliyyə standartları           

Müsabiqəyə dair tələblər

  • Maliyyə və ya iqtisadi sahədə ali təhsil
  • Minimum magistr dərəcəsi;
  • Ən azı 3 il pedaqoji staj
  • IELTS sertifikatı (minimum 6.5)

Sənəd qəbulu 27.07.2018-ci il tarixdən 13.08.2018-ci il tarixədək həyata keçirilir. Seçim zamanı müvafiq sahə üzrə fəlsəfə doktoru (Ph.D) və elmlər doktoru elmi dərəcələrinə malik olan namizədlərə üstünlük veriləcəkdir. Sənədləri məqbul hesab edilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər. Namizəd ingilis dili səviyyəsini təsdiq edən müvafiq sənəd barədə məlumatları (sənədin adını, nömrəsini, qısa məzmununu və ingilis dili səviyyəsini) müraciətində göstərməlidir.

Saat hesabı əvəzçiliklə deyiləcək dərslərə görə ödənişlər bir semestr üçün 1500-2000 manat arasında olacaqdır. Bu zaman əmək haqqının miqdarı namizədin malik olduğu bilik, bacarıq və göstəricilərə görə diferensial qaydada hesablanacaqdır.

Namizədlər CV-lərini  ali.hasanov@au.edu.aza.hasanovhr@gmail.com ünvanlarına göndərə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
27.07.2018

OTHER NEWS