NEWS

Azərbaycan Universiteti beynəlxalq müsabiqədə 6 komanda ilə təmsil olunub

Azərbaycan Universiteti beynəlxalq müsabiqədə 6 komanda ilə təmsil olunub

24 october 2015

Baxış sayı: 4783

“40-cı ACM ICPC Universitet Tələbələrinin Proqramlaşdırma üzrə Beynəlxalq Müsabiqəsi"nin növbəti 1/4 final mərhələsində (XI Azərbaycan Çempionluğu) Azərbaycan Universiteti 6 komanda ilə təmsil olunub. Müsabiqədə 15 universitetdən 62 komanda qeydiyyatdan keçib, 55 komanda iştirak edib. Komandalara 5 saat ərzində 12 alqoritmik məsələni C, C++, Java proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə PCMS2 online avtomatik test sistemi ilə aparılıb. Müsabiqənin yarımfinal mərhələsi 5-6 dekabr 2015-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək.
Komandaların rəhbəri Riyaziyyat və informatika kafedrasının müəllimi Asif Paşayevdir.
1. AU_1 komandası
Həsənov Cavid (Kompüter elmləri)
Gülməmmədov Vaqif (Kompüter elmləri)
Abbasov Rəşid (Kompüter elmləri)

2. AU_2 komandası
Kərimli Məmməd (Kompüter mühəndisliyi)

Usubov Elvin (Kompüter mühəndisliyi)
Məmmədova Nahidə (Riyaziyyat və informatika müəllimliyi)

3. AU_3 komandası
Abbaszadə Sərxan (Kompüter mühəndisliyi)
Beybudov Rəvan (Kompüter mühəndisliyi)
Abbasov Elsevər (Kompüter mühəndisliyi)

4. AU_4 komandası
Hüseynov Elxan(Kompüter elmləri)
Kadirov Hikmət (Kompüter elmləri)
Hacıyev Eyyub (Kompüter elmləri) 

5. AU_5 komandası
Əlimirzəyeva Aytac (Kompüter elmləri)
Nuruyev Fəxri (Kompüter mühəndisliyi)
Məlikli Emilya (Kompüter elmləri)

6. AU_6 komandası
Qasımov Seymur (Kompüter mühəndisliyi)
İlyaslı Tural (Kompüter elmləri)
Ağayev Rafiq (Kompüter elmləri)

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
24.10.2015

OTHER NEWS