NEWS

Azərbaycan Universiteti ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Universiteti ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında  əməkdaşlıq memorandumu imzalanıb

24 june 2017

Baxış sayı: 6002

Azərbaycan Universiteti ilə Vergilər Nazirliyinin Tədris Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun əsas məqsədi tərəflər arasında təhsil, təlim və elmi - tədqiqat sahələri üzrə qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması, təcrübə mübadiləsinin aparılması və birgə layihələrin həyata keçirilməsindən ibarətdir. Sənədi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Tədris Mərkəzinin rəhbəri Əli Həsənov imzalayıb.

Əməkdaşlıq memorandumu iki qurum arasında əməkdaşlıq proqramlarının həyata keçirilməsi, qarşılıqlı maraq kəsb edən sahələr üzrə birgə fəaliyyət göstərilməsi üçün yeni imkanlar açır. Tərəflər memorandumda nəzərdə tutulmuş istiqamətlər üzrə fəaliyyət zamanı Tədris mərkəzinin və Universitetin insan resurslarından, maddi – texniki və metodoloji bazasından qarşılıqlı şəkildə istifadə edə biləcəklər.  

Memorandum Şamaxı şəhərində iki qurum tərəfindən birgə təşkil olunmuş "Milli-mənəvi dəyərlərin qorunması Heydər Əliyevin amalı idi" mövzusunda V Beynəlxalq elmi konfransın başa çatmasından sonra imzalanıb. Azərbaycan Universiteti və Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən birgə təşkil olunmuş konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü və hakimiyyətə qayıdışının 24-cü ildönümünə həsr olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
23.06.2017


OTHER NEWS