NEWS

Azərbaycan Universiteti Maliyyə və iqtisadiyyat kafedrasına müəllimlərin işə qəbulunu elan edir

Azərbaycan Universiteti Maliyyə və iqtisadiyyat kafedrasına müəllimlərin işə qəbulunu elan edir

26 july 2018

Baxış sayı: 4098

Azərbaycan Universiteti 2018/2019-cu tədris ili üçün Maliyyə və iqtisadiyyat kafedrasına aşağıda qeyd olunmuş fənləri tədris etmək üçün müəllimlərin işə qəbulunu elan edir.

Bakalavriat pilləsi üzrə

  • İqtisadiyyata giriş (Makroiqtisadiyyat, mikroiqtisadiyyat, Azərbaycan iqtisadiyyatı, Ətraf mühitin iqtisadiyyatı, Firmanın iqtisadiyyatı)
  • Maliyyə hesabatlarının təhlili, Maliyyə menecmenti, Korporativ maliyyə, Audit
  • Büdcə və xəzinə uçotu
  • Maliyyə bazarları, Qiymətli kağızlar bazarı
  • Sığorta işi
  • Regional iqtisadiyyat və idarəetmə
  • Menecment
  • Əməyin iqtisadiyyatı və sosiologiyası
  • İnvestisiya layihələrinin qiymətləndirilməsi
  • Sosial sahələrin iqtisadiyyatı, Aqrar iqtisadiyyat, Turizmin iqtisadiyyatı
  • Strateji idarəetmə, Dövlət idarəetmə nəzəriyyəsi, Bələdiyyə idarəçiliyi
  • Standartlaşdırma və keyfiyyətin idarə olunması

Magistratura pilləsi üzrə

  • Performansın idarə edilməsi
  • Audit müqaviləsi və riskin dəyərləndirilməsi
  • Menecmentin hüquqi aspektləri, Qlobal biznes menecmenti
  • Qərar qəbuletmədə tədqiqat metodları
  • İdarəetmənin informasiya sistemləri
  • Maliyyə menecmenti (F9)
  • İnnovasiya və yeni biznes müəssisələri
  • Turizm müəssisələrində mühasibat uçotu
  • Beynəlxalq maliyyə və maliyyə risklərinin idarəedilməsi
  • Bank menecmenti
  • Vergi siyasətinin konseptual əsasları

Müsabiqəyə dair tələblər

  • Maliyyə və ya iqtisadi sahədə ali təhsil
  • Minimum magistr dərəcəsi
  • Ən azı 3 il pedaqoji staj

Sənəd qəbulu 27.07.2018-ci il tarixdən 13.08.2018-ci il tarixədək həyata keçirilir. Seçim zamanı müvafiq sahə üzrə fəlsəfə doktoru (Ph.D) və elmlər doktoru elmi dərəcələrinə malik olan namizədlərə üstünlük veriləcəkdir. Sənədləri məqbul hesab edilmiş namizədlər müsahibəyə dəvət ediləcəklər.

Namizədin göstəricilərindən asılı olaraq işə qəbul daimi əsaslarla və ya saat hesabı müəllim vəzifəsinə aparılacaqdır. Namizədlər CV-lərini  ali.hasanov@au.edu.aza.hasanovhr@gmail.com ünvanına göndərə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
27.07.2018

OTHER NEWS