NEWS

Azərbaycan Universiteti Debat Klubu X debat turnirinin yarımfinal və final mərhələlərini keçirir

Azərbaycan Universiteti Debat Klubu  X debat turnirinin yarımfinal və final mərhələlərini keçirir

18 april 2016

Baxış sayı: 6297

Azərbaycan Universiteti Debat Klubunun "Multikulturalizm - dovlətin etnosların qarşıdurmasına yol verilməməsi məqsədi ilə aparılan balanslaşdırılmış sosial-iqtisadi siyasətidir" mövzulu X Daxili turnirinin qrup mərhələsindəki oyunları keçirilib.
Təcrübəli debatçılarla yanaşı ilk təcrübələrini yaşayan yeni debatçıların da iştirak etdiyi oyunlar çox maraqlı və yaddaqalan olub. Gərgin keçən mübarizələrdə müşayiət olunan X debat turnirinin yarımfinalına 4 komanda - Mega Brain (3 qələbə), Ninety Nine (2 qələbə, 1 məğlubiyyət), Afina (2 qələbə, 1 məğlubiyyət) və Demaqoqlar (1 qələbə, 2 məğlubiyyət) komandaları adını yazdırıb.  Bu mərhələnin “Ən yaxşı natiq”lərin adları da açıqlanıb. 
Turnirin yarımfinal və final mərhələləri isə bu gün saat 13:00-da, I tədris binasının (Tbilis pr.-72) akt zalında başlayacaq. Bu gün həmçinin 8 ən yaxşı natiqin adı da açıqlanacaq.
X debat turnirinin yarımfinal və final mərhələlərini izləmək istəyənlər dəvətlidir. Yarımfinala adlayan bütün komandalara uğurlar arzulayırıq!
Layiq olan qalib olsun!

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
18.04.2016

OTHER NEWS