NEWS
Azərbaycan Universiteti Teatr klubu ilk tamaşasını yeni ilə həsr edib
Azərbaycan Universitetində növbəti yeni il şənliyi Teatr Klubu tərəfindən təşkil olunub. Klub üzvləri tərəfindən tamaşaçılara təqdim olunan əyləncəli tədbir özünün rəngarəngliyi ilə yadda qalıb. Şənlikdə tələbələrin zövqünü oxşayan musiqi nömrələri səsləndirilib, mahnı və səhnəciklər ifa olunub.
Səhnəciklərdən biri atası 10 ildir itkin düşən gənc bir qızın yeni il ərəfəsindəki düşüncələrindən bəhs edib. Ssenarini III kurs tələbəsi Gülnabat Qasımova qələmə alıb.
III kurs tələbəsi Yasin Zadə və I kurs tələbəsi Rəvanə Səbzəliyeva “Uşaqlığın qış fəsli adlı” rep tərzində mahnı ilə çıxış ediblər. Mahnının sözləri Yasin Zadəyə aiddir.
Başqa bir səhnəciyin mövzusu isə Şaxta Babanın 4 ölkəni ziyarət etməsi olub. Bunlar Afrika ölkələrindən biri, Yaponiya, Hindistan və Azərbaycandır. Səhnəciyin ssenarisini Türkanə Xəlilova yazıb.
Rəvanə Səbzəliyeva və Vəfa Axundova “Last Christmas” adlı mahınını düet şəklində ifa ediblər.
“31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş bədii kompozisiya alqışlarla qarşılanıb.
Tədbirdə Sosial iş fakültəsinin dekanı Aygün Musayeva, Magistratura və doktorantura şöbəsinin müdiri Mahir Talışlı çıxış edərək klub üzvlərini və tədbir iştirakçılarını qarşıdan gələn “31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və Yeni il münasibətiylə təbrik edib, ürək sözlərini çatdırıblar.
Tədbirdə iştirak edən tələbələr:
Cavidan Heybətzadə (Teatr Klubunun sədri, təşkilatçı)
Nahib Bədəlov (Aparıcı)
Aytac Əlimirzəyeva (Aparıcı)
Kənan Əliyev (DJ)
Vəfa Axundova
Nicat İsgəndərov
Rəvanə Səbzəliyeva
Nihad Hüseynov
Türkanə Xəlilova
Sevinc Abbasova
Aişə Qasımova
Ramin Əliyev
Samirə Mahmudova
Tosif Cabirli
Surə Əliyeva
Kazım İsmayılov
Yasin Zadə
Orxan Hüseynov
Gülnabat Qasımova
İmaməli Məcidli
Fərid Şabanzadə
Fariz Sarıyev (BTK, qonaq)
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
25.12.2015