NEWS

Azərbaycan Universiteti təhsil sərgisində iştirak edəcək

Azərbaycan Universiteti təhsil sərgisində iştirak edəcək

05 august 2019

Baxış sayı: 2671

Azərbaycan Universiteti oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində keçiriləcək 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edəcək. Universitet ötən ilki sərgidə də uğurla təmsil olunub. 
Universitetin stendinə gələn ziyarətçilərə tədris olunan ixtisaslar, universitetin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, tələbələr üçün yaradılan xaricdə təhsil imkanları, tətbiq olunan təqaüd proqramları, son bir il ərzində əldə olunmuş nailiyyətlər haqqında məlumat veriləcək, tələbələrin hazırladıqları robot və elektronika cihazları nümayiş olunacaq. 
Sərginin hazırlıqları davam edir. 
Azərbaycan Beynəlxalq Təhsil Sərgisi Azərbaycanda təhsil sahəsində ən mühüm tədbirdir, peşəkar ünsiyyət və təhsil layihələrinin həyata keçirilməsi üçün səmərəli platformadır. Sərgi 2018-ci ildə dünyanın 12 ölkəsindən 135 şirkəti qəbul edib, 11 min 808 ziyarətçi ekspozisiya ilə tanış olub.

İctimaiyyətlə əlaqələr şöbəsi
05.08.2019

OTHER NEWS