NEWS

Azərbaycan Universiteti TEMPUS layihəsi üzrə yekun konfransda təmsil olunub

Azərbaycan Universiteti TEMPUS layihəsi üzrə yekun konfransda təmsil olunub

12 april 2016

Baxış sayı: 4823

“Avropa Birliyi araşdırmaları üzrə kurikulumların işlənib hazırlanması və qabiliyyətlərin inkişaf etdirilməsi” (Curriculum Development and Capacity Building in the Field of EU Studies) adlı Tempus layihəsinin yekun konfransında  Azərbaycan Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Bədəlov və Xarici dillər – 2 kafedrasının müəllimi Esmira Çelik təmsil edib.
Bəxtiyar Bədəlov konfransda layihə çərçivəsində Azərbaycan Universitetində görülmüş işlərlə bağlı təqdimatla çıxış edib. Esmira Çelik layihə çərçivəsində akademik bacarıqların təkmilləşdirilməsi istiqamətində iştirak etdiyi təlimlər və yenilənmiş sillabusu haqqında məlumat verib. 
Qeyd edək ki, 2012-ci ildə start götürən layihənin əsas məqsədi Azərbaycandakı universitetlərin istifadəsi üçün Avropaşünaslıq ixtisası sahəsində mövcud kurikulumun təkmilləşdirilməsi və eyni zamanda Avropa standartlarına uyğun yeni kurikulumun tərtib edilməsidir. Layihənin yekun konfransı Xəzər Universitetində keçirilib. Konfransda tərəfdaş universitetlərin nümayəndələri iştirak edib. 

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
12.04.2016

OTHER NEWS