NEWS

Azərbaycan Universitetində aylıq 295 manat təqaüd alan tələbələr var

Azərbaycan Universitetində aylıq 295 manat təqaüd alan tələbələr var

01 april 2016

Baxış sayı: 4643

Azərbaycan Universitetinin 14 tələbəsinə yaz semestrində universitetin öz büdcəsindən maliyyələşən “Daxili Təqaüd və Təhsil haqqından Güzəştlər Proqramı” çərçivəsində aylıq 200 manat təqaüd təyin olunub.  Onlardan 3 nəfəri həm də dövlət təqaüdçüsüdür və aylıq təqaüdlərinin miqdarını 295 manata  çatdırıblar.
Ümumilikdə isə 2015/2016-cı tədris ilinin yaz semestrində ayları ərzində proqramdan 64 tələbə faydalanır. Proqramın şərtlərinə əsasən 5 tələbəyə aylıq 100, 44 tələbəyə aylıq 75, 1 tələbəyə isə aylıq 50 manat miqdarında təqaüd təyin olunub. Onlardan 49 nəfəri bakalvariat, 15 nəfəri isə magistratura pilləsində təhsil alır. Bakalavriat tələbələrindən 26 nəfəri Humanitar fənlər fakültəsinin, 13 nəfəri Biznes və iqtisadiyyat fakültəsinin, 8 nəfəri Sosial iş fakültəsinin, 2 nəfəri isə İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin tələbələridir. Təqaüdlər qış imtahan sessiyasının nəticələrinə əsasən təyin olunub.
Bakalavriat pilləsi üzrə IV və magistratura səviyyəsi üzrə II tədris ilinin tələbələrinə fevral – iyun ayları, digər tələbə və magistrantlar isə fevral – avqust ayları ərzində proqramdan faydalanacaqlar.
Universitetin 22 tələbəsi isə yaz semestrində dövlət təqaüdü alacaq.  Bu tələbələrin əksəriyyəti həm də daxili təqaüd proqramının şərtlərini qarşıladıqları üçün ikili təqaüd alırlar.
Qeyd edək ki, Azərbaycan Universitetinin “Daxili Təqaüd və Təhsil haqqından Güzəştlər Proqramı” 2013/2014-cü tədris ilindən etibarən tətbiq edilir. Tələbələr universitetə qəbul balına və təhsil aldıqları müddətdə göstərdikləri nəticələrə uyğun olaraq proqramdan yararlanırlar. Təqaüdlərin miqdarı 50 manatdan 200 manatadək olmaqla hər semestrdə tam akademik yükü ödəmiş tələbələrə müvəffəqiyyətlərindən asılı olaraq müəyyənləşdirilir.
Azərbaycan Universiteti yüksək intellektli tələbələrə təhsil haqqının məbləğində də əhəmiyyətli güzəştlər edir. Belə ki, Universitetə yüksək balla qəbul olanlar aşağıda göstərilən təhsil haqqı güzəştlərindən də faydalana bilərlər:
420-489 bal: 25%
490-559 bal: 50%
560-629 bal: 75%
630-700 bal: 100%

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
01.04.2016

OTHER NEWS