NEWS

Azərbaycan Universitetində diplomqabağı istehsalat təcrübəsinə start verildi

Azərbaycan Universitetində diplomqabağı istehsalat təcrübəsinə start verildi

12 may 2017

Baxış sayı: 4521

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat, İnformasiya-kommunikasiya texnologiyaları və Sosial iş fakültələrində 12 ixtisas üzrə təhsil alan 150 tələbə bu gün diplomqabağı istehsalat təcrübəsinə başlayıb. Tələbələr 9 iyun tarixinə qədər dövlət orqanları, müxtəlif profilli biznes qurumları, qeyri-hökumət təşkilatlarında təcrübə keçəcək.

Diplomqabağı istehsalat təcrübəsinə həsr olunmuş konfransda nəzəri biliklərin möhkəmləndirilməsində, əmək fəaliyyətində istifadə olunacaq iş üsullarının mənimsənilməsində istehsalat təcrübəsinin əhəmiyyəti qeyd olunub, təcrübənin təşkilinə aid müasir tələblər haqqında məlumat verilib.

Tədbirdə həmçinin təcrübənin sonunda təhvil veriləcək sənədlər, qiymətləndirmə meyarları haqqında məlumat da diqqətə çatdırılıb.  

İctimaiyyətlə əlaqələr şöbəsi
12.05.2017

OTHER NEWS