NEWS

Azərbaycan Universitetində ənənəvi “Karyera Günü” keçirilib

Azərbaycan Universitetində ənənəvi “Karyera Günü” keçirilib

23 may 2016

Baxış sayı: 4594

Azərbaycan Universitetində ənənəvi “Karyera Günü" keçirilib.  “Karyerada ilk addım” devizi ilə reallaşan tədbirdə dövlət qurumları, holdinq, şirkət, bank, rabitə, audit qurumları kimi müxtəlif profilli şirkət və müəssisələrin insan resursları departamentinin nümayəndələri iştirak edib.
İnsan resursları departmentlərinin nümayəndələri tədbir iştirakçılarını təmsil etdikləri şirkətlərin işə qəbul qaydaları və işə yeni götürülənlər üçün orientasiya prosesinin təşkili ilə tanış ediblər. Mövcud vakansiyaları təklif edib, iş müraciətlərini qəbul edən  şirkət nümayəndələri tələbələrə CV hazırlanması, iş müsahibələrinə hazırlaşma, özünü təqdimetmə üsulları haqqında öz tövsiyələrini verib, sualları cavablandırıblar. 
Qeyd edək, Azərbaycan Universitetində “Karyera Günü”nün bu il ikincisi keçirilir.  Tədbirin təşkilinin əsas məqsədi işəgötürənlər ilə əsasən yuxarı kurs tələbələrini biraraya gətirməklə iş həyatına atılmağa hazırlaşan gəncləri  əmək bazarının mövcud iş imkanları ilə tanış etməkdir.  

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
23.05.2016

OTHER NEWS