NEWS

Azərbaycan Universitetində “İslam həmrəyliyi: Müasir çağırışlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Universitetində “İslam həmrəyliyi: Müasir çağırışlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib

10 october 2017

Baxış sayı: 4596

Azərbaycan Universitetində tələbələr üçün “İslam həmrəyliyi: Müasir çağırışlar” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

Tədbiri Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov açıb. Prorektor qeyd edib ki, tələbələrin fundamental elmi biliklərə yiyələnmələri ilə yanaşı dünyagörüşlərinin inkişaf etdirilməsi də Azərbaycan Universitetinin öncəlik verdiyi məsələlərdəndir. Dinə yanlış münasibətin ortaya çıxardığı fəsadlarla mübarizə üsullarının ən effektiv variantı maarifləndirmədir. Yusif Qasımov tədbirin bu istiqamətdə müsbət rol oynacağını qeyd edib.

Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Elbrus Abdullayev, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi Gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmasının  çox böyük siyasi uzaqgörənliklə irəli sürülən ideya olduğunu vurğulayıb, Azərbaycandakı tolerantlıq ənənələri və dini maarifləndirmənin əhəmiyyətindən danışıblar.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov çıxışında “İslam həmrəyliyi niyə zamanın çağırışıdır? İslam həmrəyliyi təkcı müsəlmanlara lazımdır? İslam dünyasında hansı problemlər var?” kimi suallara aydınlıq gətirib.  

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Xarici əlaqələr şöbəsinin müdiri Nicat Məmmədli “İslam həmrəyliyi ilə nəzərdə tutulan nədir” sualı ətrafında interaktiv müzakirə aparıb.

Azərbaycan Universitetinin müəllimi, f.ü.f.d. Qadir Səfərov çıxışında dini radikalizmin və fanatizmin doğura biləcəyi fəsadlardan danışıb və çıxış yolunun maariflənmədən keçdiyini vurğulayıb.

Tədbirdə tələbələrin fikirləri də dinlənilib, sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
10.10.2017

OTHER NEWS