NEWS

Azərbaycan Universitetində multikulturalizm mövzusunda beynəlxalq konfrans keçirilib

Azərbaycan Universitetində multikulturalizm mövzusunda beynəlxalq konfrans keçirilib

04 june 2016

Baxış sayı: 4723

Bu gün Azərbaycan Universitetində “Multikulturalizm Azərbaycanın dövlət siyasəti və cəmiyyətin həyat tərzidir” mövzusunda IV beynəlxalq konfrans keçirilib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü və hakimiyyətə qayıdışının 23-cü ildönümünə həsr olunmuş konfrans, Azərbaycan Universiteti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyənin Anadolu Universiteti, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai birliyi və “SƏS” media qrupunun birgə təşkilatçılığı ilə keçirilib.
Konfransın plenar iclasını giriş sözü ilə Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov açaraq multikuturalizmin nəzəri və praktiki cəhətdən dünyanın diqqət mərkəzində olduğunu qeyd edib: “Dominant və periferik mədəniyyətlərdən ibarət cəmiyyətlər multukultural dəyərlərin yüksək səviyyədə təmin olmasında problemlərlə üzləşirlər. Qarışıq etnoslardan ibarət dövlətlərdə də bu sahədə böhran müşahidə olunur, humanist dəyərlər arxa plana keçir. Bu səbəbdən dövlətlər davamlı şəkildə məqsədyönlü siyasət həyata keçirməlidirlər”. Rektor bildirib ki, Azərbaycan özünün multikulturalizm siyasəti və modeli ilə böhran yaşayan ölkələrə nümunə ola bilər.
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının mültikultural ənənələrə dəyər verdiğini vurğulayıb: “Azərbaycanda 100-dən çox xalqın nümayəndəsi yaşayır. Xalqımız əsrlərdir müxtəlif etnik qrupların nümayəndələri ilə qarşılıqlı hörmət və tolerantlıq şəraitində yaşayıb”. İcra başçısı qeyd edib ki, tolerantlıq mühitinin güclənməsi istqamətində ölkədə ciddi addımlar atılır və 2016-cı ilin Prezidentin sərəncamı ilə “Multikulturalizm ili” elan edilməsi prinsiplərə sadıqliyin ən bariz nümunəsdiir.
Millət vəkili Aydın Mirzəzadə çıxışında Avropada yaşanan multikultural böhrana diqqət çəkib. Millət vəkili qeyd edib ki, Azərbaycanda multikultural sərvətin və ənələrin qorunmasına və nəsildən – nəsilə ötürülməsinə xüsisi diqqət yetirilir.
Millət vəkili, YAP Nəsimi rayon təşkilatının sədri Məlahət Həsənova dünyada yaşanan multikutural böhran fonunda Azərbaycanın öz tolerant dəyərləri ilə fəxr etməyə haqqı olduğunu bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev konfransın “Multikulturalizm ili” çərçivəsində həyata keçirlən birgə tədbirlər planına uyğun olaraq təşkil olunduğunu diqqətə çatdırıb və bütün tərəfdaşlara təşəkkür edib.
Azərbaycan Respublikasının Millətlərarası multikultralizm, milli və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin aparıcı məsləhətçisi Ceyhun Məmmədov Bakı Multikulturalizm Mərkəzinin açılması, Prezidentin sərəncamı ilə 2016-cı ilin “Multikulturalizm ili” elan olunması, multikulturalizm fənninin tədrisi, konfrans və müxtəlif tədbirlərin təşkilinin ölkədə multikultural və tolerant mühitin möhkəmlənməsinə dövlət səviyyəsində göstərilən diqqət və qayğının göstəricisi olduğunu deyib.
Azərbaycan Turizm və Menecment Universitetinin rektoru Cəfər Cəfərov çıxışında Azərbaycanda multikulturalizm siyasətinin həyata keçirilməsində atılan konkret addım və töhfələrə toxunub.
YAP siyasi şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə multikulturalizm siyasətinin Azərbaycan dövlətinin strateji xəttində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
“SƏS” media qrupunun baş direktoru Bəhruz Quliyev multikulturalizmin termin olaraq yeni, amma dəyər olaraq qədim olduğunu qeyd edib. Baş direktor Azərbaycan Universiteti ilə birgə tədbirlərin təşkili istiqamətində 4 ildir əməkdaşlıq etdiklərini diqqətə çatdırıb.
“Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai birliyinin nümayəndəsi Həzi Eynalov konfransın dünyada yaşanan multikultural böhrana etiraz və səsləniş olduğunu deyib.
Plenar iclasın ardından konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstandan olan elm adamları və ekspretlər iştirak edir.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
04.06.2016

OTHER NEWS