NEWS

Azərbaycan Universitetində fərdi inkişaf mövzusunda məlumatlandırma sessiyası keçirilib

Azərbaycan Universitetində fərdi inkişaf mövzusunda məlumatlandırma sessiyası keçirilib

28 october 2015

Baxış sayı: 5073

“Headway Language & Development” təhsil mərkəzi tərəfindən Azərbaycan Universitetinin tələbələri üçün məlumatlandırma sessiyası keçirilib. Gənc İqtisadçılar Klubunun təşəbbüsü ilə keçirilən tədbirdə iştirakçılara fərdi və peşəkar inkişafa dair bütün lazımi mövzuları əhatə edən “Naviqator” layihəsi haqqında məlumat verilib.
Təlimçi İsrail Ələkbərov tərəfindən ingilis dilində aparılan sessiyada qeyd olunub ki, layihəyə qoşulan gənclər həyatda öz məqsəd və potensiallarını müəyyənləşdirmək, insanlarla düzgün ünsiyyət qurmaq və kommunikasiya bacarıqlarını inkişaf etdirmək, özlərini təkmilləşdirmək imkanı əldə edəcəklər. Mərkəzin peşəkar heyəti gənclərə ideyalarını həyata keçirmək istiqamətində yardım edəcək, onlar həmçinin düzgün CV hazırlamaq qaydalarını öyrənməklə arzu etdikləri iş imkanını qazanmaq şanslarını yüksəldəcəklər.
Tədbirdə bildirilib ki, layihənin məqsədi qeyri-formal təhsil üslubları ilə iştirakçıları müasir zamanın tələbi olan mövzularda məlumatlandırmaq, lazımı bacarıqlara və biliklərə yiyələndirmək və onlara öz seçdikləri yolda istiqamətləndirməkdir. Eyni zamanda fərdi kouçinq alətləri vasitəsi ilə iştirakçılar mütəmadi olaraq mütəxəssislərlə həftəlik görüşüb öz inkişaf xəritələrini nəzərdən keçirmək imkanı əldə edəcəklər. İştirakçılar 8 həftə ərzində 16 fərdi və peşəkar inkişaf təlimi, hər təlimin mövzusuna uyğun 16 mütəxəssislə görüş, hər iştirakçı üçün həftəlik fərdi kouçinq sessiyası və həftəlik mövzulara uyğun kitab və film kartotekasından ödənişsiz istifadə imkanı gözləyir.
Tədbirdə “Naviqator” layihəsinə qoşulma şərtləri haqqında da məlumat verilib.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
28.10.2015

OTHER NEWS