NEWS

Azərbaycan Universitetində onlayn dərslərə hazırlıq davam edir

Azərbaycan Universitetində onlayn dərslərə hazırlıq davam edir

08 september 2020

Baxış sayı: 2590

Azərbaycan Universitetində dərslərin “Microsoft Teams” platforması üzərindən təşkili üçün lazımi hazırlıq işləri başa çatıb. Texniki və inzibati işlərin ardından bu gündən başlayaraq müəllim-tələbə heyəti üçün proqramdan istifadə qaydaları ilə bağlı təlimlərə start verilib.

Onlayn qaydada təşkil olunan təlimlər “Microsoft Teams” proqramından istifadə etməklə dərslərin təşkili, idarə edilməsi və qiymətləndirilməsi qaydalarını əhatə edir. Həmçinin “Office 365” xidmətinin tərkibində olan və məsafədən tədris prosesində istifadə olunan digər alətlərin  iş prinsipləri də izah olunur.  İştirakçılara proqramın yeni imkanları haqqında da məlumat verilir.

Qeyd edək ki, keçen semestr ölkəmizdə minlərlə müəllim və tələbənin gözlənilməz halda distant təhsil prosesinin iştirakçısına çevrilməsinin ardından Azərbaycan Universitetində təlim-tədris prosesinin və imtahan sessiyasının məsafədən təşkilində “Microsoft Teams” proqramından istifadə edilib. Bu gün başlayan təlimlərin məqsədi müəllim və tələbələrin proqramdan istifadə bacarıqlarının yüksəldilməsidir.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.09.2020

OTHER NEWS