NEWS

Azərbaycan Universitetində pedaqoji təcrübəyə start verilib

Azərbaycan Universitetində pedaqoji təcrübəyə start verilib

09 february 2016

Baxış sayı: 5012

 

Azərbaycan Universitetində 2015/2016-cı tədris ilinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib. Fakültə dekanları, kafedra müdirləri, metodistlər və təcrübəyə yollanan tələbələrin iştirak etdiyi konfransda təcrübə rəhbərlərinin və təcrübəçilərin üzərinə düşən öhdəliklər haqqında məlumat verilib, pedaqoji təcrübənin təşkilinə dair ümumi qaydalar və tələblər, qiymətləndirmə meyarları diqqətə çatdırılıb. Konfransda həmçinin orta məktəblərdə dərslərin təşkili, təcrübə müddəti ərzində yerinə yetiriləcək işlər ilə bağlı tövsiyələr verilib, təcrübənin təşkilinə dair sənədlər toplusu metodistlərə təqdim edilib.
Konfransın ardından metodist və tələbələr təcrübə yerinə yollanıblar.
Qeyd edək ki, 2015/2016-ci tədris ilində Azərbaycan Universitetinin pedaqoji ixtisaslar üzrə (Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İngilis dili müəllimliyi, Tarix müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi) IV kurslarda təhsil alan 107 tələbəsi Bakı şəhərində fəaliyyyət göstərən 5 məktəbdə (13, 21, 53, 167 və 175 sayl məktəblər) 09 fevral – 10 mart 2016-cı il tarixləri arasında təcrübə keçəcək. Təcrübəçi tələbələrə 31 metodist rəhbərlik edəcək.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
09.02.2016

OTHER NEWS