NEWS

Azərbaycan Universitetində rəhbər vəzifələri tələbələr icra ediblər

Azərbaycan Universitetində rəhbər vəzifələri tələbələr icra ediblər

02 february 2016

Baxış sayı: 5511

2 Fevral-Gənclər Günü münasibətiylə Azərbaycan Universitetində həyata keçirilən “Varis Günü” layihəsi çərçivəsində rəhbər vəzifələri simvolik olaraq tələbələr icra edib. Artıq 3 yaşında olan layihənin məqsədi tələbələri tələbələri Azərbaycan Universitetinin ənənələri ilə tanış etmək, onlara idarəçilik vərdişləri aşılamaq, işgüzar ünsiyyəti inkişaf etdirməkdir.  
Varislər günə varis elmi şuranın iclası ilə başlayıblar. İclasa tələbə rektor - Humanitar fənlər fakültəsində Tarix müəllimliyi ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Odər Əlizadə sədrlik edib. Prorektor vəzifəsini isə Sosial iş fakültəsinin III kurs tələbəsi Nigar Temrazova icra edib.
İclasda 2015/2016-ci tədris ilinin qış imtahan sessiyasının təşkili, pedaqoji təcrübəyə hazırlıq, 2015/2016-cı tədris ilinin yaz semestrinə hazırlıqlar, universitetin beynəlxalq əlaqələrinin təşkili məsələləri müzakirə olunub. Varislər burada Azərbaycan Universitetinin idarə olunması, tədris prosesi və imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin və müəllimlərin kompetensiyalarının qiymətləndirilməsi və s. məsələlərlə bağlı maraqlı təkliflərlə çıxış ediblər.
Varis rektor Odər Əlizadə qeyd edib ki, varis elmi şurada səsləndirilən bütün təklif və təşəbbüslər protokollaşdırılaraq müvafiq strukturlara təqdim ediləcək. Tələbə rektor həmçinin bildirib ki, “Varis Günü” layihəsi həm rəhbərliyin tələbələrə etimadının, həm də universitetin idarə olunmasında şəffaflığın göstəricilərindəndir.
İclasın ardından tələbələr vəzifələrinin icrasına başlayıb. Varislər rəhbər vəzifələri iş günü ərzində uğurla yerinə yetirməyə çalışıblar. Gün, layihə iştirakçılarının diplomla mükafatlandırılması ilə başa çatıb.

2016-cı ilin varisləri:

  • Rektor
    Odər Əlizadə - Tarix müəllimliyi, IV kurs
  • Prorektor
    Nigar Temrazova – Sosial iş, III kurs
  • Biznes fakültəsinin dekanı
    Şəbnəm İsrafilova Menecment (BBA), II kurs
  • Biznes fakültəsi dekan köməkçisi
    Nicat Mənsimov Maliyyə (BBA), II kurs
  • Sosial iş fakültəsinin dekanı
    Türkanə Xəlilova – Sosial iş, IV kurs
  • Sosial iş fakültəsi dekan köməkçisi
    Bahar Həsənli  – Sosial iş, II kurs
  • İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı
    Leyla Hüseynova – Kompüter elmləri, III kurs
  • İqtisadiyyat və idarəetmə fakültəsi dekan köməkçisi
    İlkanə Azəri – Dünya iqtisadiyatı, III kurs
  • Humanitar fənlər fakültəsinin dekanı
    Nuranə Səmədzadə - Azərbaycan dili və ədəbiyyat müəllimliyi, III kurs
  • Humanitar fənlər fakültəsi dekan köməkçisi
    Mikayıl Həsənov – Tarix, II kurs
  • Tədris şöbəsinin müdiri
    Afiq Nadirov – Tarix müəllimliyi, III kurs
  • Tələbə şöbəsinin müdiri
    Aynur Süleymanova – Azərbaycan dili və ədəbiyyat, II kurs
  • Beynəlxalq əlaqələr şöbəsinin müdiri
    Şamil Əliyev – İngilis dili müəllimliyi, III kurs
  • Təsərrüfat şöbəsinin müdiri
    İlkin Muxtarzadə - Xarici dil müəllimliyi, III kurs
  • Azərbaycan filologiyası və jurnalistika kafedrasının müdiri və elmi katib
    Nübar Həsənova – Azərbaycan dili və ədəbiyyat, II kurs
  • İctimai elmlər kafedrasının müdiri
    Nicat İsgəndərov – Tarix, II kurs
  • Xarici dillər – 1 kafedrasının müdiri
    Elşən Rəcəbov – İngilis dili müəllimliyi, III kurs
  • Xarici dillər – 2 kafedrasının müdiri
    Aytən Əlirzayeva – Tərcümə (İngilis dili), II kurs
  • Riyaziyyat və informatika kafedrasının müdiri
    Cavidan Dadaşov – Riyaziyyat, II kurs 
  • Ümumi iqtisadiyyat (həmçinin İnzibati idarəetmə) kafedrasının müdiri
    Qənirə Qafarova – Dünya iqtisadiyyatı, III kurs

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
02.02.2016

OTHER NEWS