NEWS

Azərbaycan Universitetinə qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 15-də başlayacaq

Azərbaycan Universitetinə qəbul olan abituriyentlərin qeydiyyatı avqustun 15-də başlayacaq

09 august 2019

Baxış sayı: 3266

Azərbaycan Universitetinə qəbul olan abituriyentlərin nəzərinə!

Azərbaycan Universitetinə qəbul olan abituriyentlər qəbulun rəsmiləşdirilməsi üçün sənədlərini avqustun 15-dən 27-dək (şənbə, bazar günləri istisna olmaqla) Azərbaycan Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Abituriyentlərin qeydiyyatı onların iştirakı ilə aparılır. 18 yaşı tamam olmamış abituriyentin valideyni qeydiyyatda mütləq iştirak etməlidir. Valideynlərdən özləri ilə şəxsiyyət vəsiqələrini gətirmələri xahiş olunur.

Bakalavriat qeydiyyatı üçün lazım olan sənədlər

  • Attestatın əsli (subbakalavrlar üçün diplomun əsli və əlavəsi)
  • Şəxsiyyət vəsiqəsinin əsli (2 ədəd surəti ilə birlikdə)
  • Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti (oğlanlar üçün)
  • Sağlamlıq haqqında tibbi arayış
  • 6 ədəd 3x4 ölçüsündə fotoşəkil (son 1 ayda çəkilmiş) və şəklin elektron variantı (diskdə)
  • DİM şəxsi kabinetin istifadəçi adı və şifrəsi

Qeyd : Ödənişli əsaslarla təhsil alan;

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları;
  • Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələr;
  • I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar yuxarıda qeyd olunan faktları təsdiq edən sənədlərin əslini və notarial qaydada təsdiq olunmuş surətini universitetə təqdim etməlidirlər.

Rəsmi məlumata keçid

/az/menu/22/bakalavriata-qeydiyyat-ucun-teleb-olunan-senedlerin-siyahisi

İctimaiyyətlə əlaqələr şöbəsi
09.08.2019

OTHER NEWS