NEWS
Azərbaycan Universitetinin 2 tələbəsi Koblenz Universitetindən dəvət alıb
Azərbaycan Universiteti Biznes fakültəsinin iki tələbəsi – Yelizaveta Şiryayeva və Nail Sadıqov Almaniyanın Koblenz Universitetindən dəvət alıb.
Yelizaveta Şiryayeva Dünya iqtisadiyatı ixtisası üzrə (BBA) III kurs tələbəsidir. Tələbəmiz 2015/2016-cı tədris ilinin yaz semestrini Koblenz Universitetində davam etdirəcək. O, tam təqaüdlə təmin olunacaq və eyni zamanda səyahət xərcləri qarşılanacaq.
Nail Sadıqov Maliyyə ixtisası (BBA) üzrə təhsil alır. III kursda oxuyan tələbəmiz Koblenz Universitetinin akademik təcrübə proqramına qəbul olunub. O, təcrübə keçdiyi aylar ərzində təqaüdlə təmin olunacaq.
Hazırda isə Azərbaycan Universitetinin 4 tələbəsi mübadilə proqramları çərçivəsində xarici ölkələrdədir.
1. Məltəm Cahangirzadə - Azərbaycan Universitində Sosial iş ixtisası üzrə təhsil alır. Hazırda “Linnaues-Palme” mübadilə proqramı çərçivəsində İşveç Krallığının Lund Universitetindədir. Məltəm Cahagirzadə Lundda iki (2) semestr oxuyacaq. Tələbə tam təqaüdlə təmin olunub.
2. Şəlalə Həsənova – Azərbaycan Universitində Sosial iş ixtisası üzrə təhsil alır. Hazırda “Mövlanə” mübadilə proqramı çərçivəsində Türkiyə Respublikasının Hacettepe Universitetində oxuyur. Şəlalə Həsənova Hacettepe Universitetində bir (1) semestr oxuyacaq. Tələbəyə təqaüd verilir.
3. Asif Səfərli- Azərbaycan Universitində MBA Marketinq ixtisası üzrə təhsil alır. Hazırda mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetindədir. Tam təqaüdlə təmin olunan tələbə Almaniyada iki (2) semestr oxuyacaq.
4. Mahmud Cabbarov - Azərbaycan Universiteti Biznes fakültəsinin ingilisdilli Marketinq ixtisası üzrə təhsil alır. “Mövlanə” mübadilə proqramı çərçivəsində Türkiyə Respublikasının Anadolu Universitetində təhsilini bir (1) semest davam etdirəcək tələbə təqüdlə təmin olunub.
Azərbaycan Universiteti inanır ki, beynəlxalq təcrübə və elm ocaqları ilə qaynayıb qarışma prosesi təhsilin mühüm hissəsidir. Buna görə də universitet beynəlxalq əlaqələrin genişləndirilməsinə, mübadilə proqramlarının inkşafina böyük qiymət verir və tələbələri belə imkanlardan istifadə etməyə ruhlandırır, onların xaricdə təhsil almaları üçün təşəbbüslər irəli sürür. Burada əsas məqsədi yüksək keyfiyyətli təhsilin və beynəlxalq təcrübənin təminindən ibarətdir.
İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
04.12.2015