NEWS

Azərbaycan Universitetinin nümayəndə heyəti Türkiyədə növbəti işgüzar səfərdə olub

Azərbaycan Universitetinin nümayəndə heyəti Türkiyədə növbəti işgüzar səfərdə olub

10 march 2016

Baxış sayı: 4959

Azərbaycan Universiteti İnformasiya – kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev və Riyaziyyat və informatika kafedrasının baş müəllimi Vahid Qasımov Türkiyənin İstanbul Texniki Universitetində (İTU) işgüzar səfərdə olub. Nümayəndə heyətimiz burada “Bilgisayar və bilişim” fakültəsini ziyarət edib, fakültənin dekanı prof. Sema Fatma Oktuğ ilə görüşüblər.
Görüşdə Kompüter elmləri və Kompüter mühəndisliyi proqramlarının Azərbaycan Universitetində inkişaf perspektivləri ilə bağlı aparılan işlər, tədris planları və proqramların uyğunluğu, fakültələr arasında ortaq layihələrin həyata keçirilməsi, tələbə-müəllim heyətinin qısamüddətli təcrübə mübadilələrinin təşkili kimi məsələlər müzakirə olunub.   
Qeyd edək ki, iki universitet arasında keçən ilin noyabr ayında əməkdaşlıq əlaqələrinin yaradılmasına dair anlaşma memorandumu imzalanıb. Memorandumu rektorlar Fərid Əhmədov və Prof. Dr. Mehmet Karaca imzalayıblar.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
10.03.2016

OTHER NEWS