NEWS

Rektor Səadət Əliyeva universitetin professor heyəti ilə görüşüb

Rektor Səadət Əliyeva universitetin professor heyəti ilə görüşüb

23 may 2017

Baxış sayı: 5936

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva universitetin professor heyəti ilə görüşüb. Görüşdə Universitetdə aparılan elmi – tədqiqat işlərinin təşkili və səmərəliliyin yüksəldilməsi, elmi fəaliyyətin inkişaf istiqamətləri və kadr hazırlığı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb, universitet tərəfindən aparılan tanıtım – təbliğat kampaniyası müzakirə olunub. Görüş iştirakçıları bu istiqamətlərdə öz tövsiyələrini irəli sürüblər.

Rektor Səadət Əliyeva qeyd edib ki, hazırda 4 ixtisas üzrə (Dünya iqtisadiyyatı, Mühasibat uçotu və audit, Marketinq və Menecment) təhsil haqqı 3000 manatdan 2500 manata endirilib. Digər özəl universitetlər təhsil ödənişlərini müəyyən miqdarlarda aşağı salandan sonra, onların təhsil haqqı Azərbaycan Universitetinin təhsil ödənişləri ilə bərabərləşib. Rektor bildirib ki, təhsilin hər üç pilləsində - bakalavriat, magistratura və doktorantura pillələrində təhsil ödənişlərinin miqdarına yenidən baxılacaq.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Universitetinə yüksək balla qəbul olan tələbələrə təhsil ödənişlərində 20 faizdən 100 faizə qədər güzəşt tətbiq olunur, həmçinin yüksək göstəricilərlə oxuyan tələbələrin ikinci tədris ilindən başlayaraq aylıq 200 manata qədər təqaüd alma imkanları var.

Bildirilib ki, Universitet öz məzunlarının işlə təmin olunması və əmək bazarında bilik və bacarıqlarına uyğun iş tapmalarında maraqlıdır və bu istiqamətdə xüsusi strategiya üzərində iş gedir.

Görüşdə tələbələrin elmi – tədqiqat fəaliyyətinin müasir tələblərə uyğun təşkilinin və “Tədqiqat metodları” fənninin aşağı kurslardan tədrisinə başlanmasının vacibliyi də vurğulanıb.

Tədbirdə universitetin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin olunmuş prof. Qasımov Yusif Soltan oğlu professor heyətinə təqdim olunub. 

Rektor Səadət Əliyeva Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru Kamran Əliyevi folklorşünaslıq ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvlüyünə seçilməsi,  professorlar Məhərrəm Qasımlı, Qorxmaz Quliyev və Əkbər Əliyevi tədris prosesində keyfiyyətin təmin olunmasına xidmət edən monitorinq və qiymətləndirmə prosesinin yekunlarına əsasən yüksək nəticələr göstərmələri münasibəti ilə təbrik edib. Professorlara rəhbərliyin xüsusi mükafatı təqdim olnuub.  

İctimaiyyətlə əlaqələr şöbəsi
23.05.2017

OTHER NEWS