NEWS

Azərbaycan Universitetinin tələbə və məzunları üçün Şamaxıda yay məktəbi təşkil olunub

Azərbaycan Universitetinin tələbə və məzunları üçün Şamaxıda yay məktəbi təşkil olunub

07 august 2017

Baxış sayı: 5551

Gənclərin peşə hazırlığının artırılması məqsədilə Azərbaycan Universitetinin tələbə və məzunları üçün yay məktəbi təşkil edilib. Vergilər Nazirliyinin Şamaxı şəhərində yerləşən tədris mərkəzində keçirilən yay məktəbində iştirakçılara gələcək karyeralarında faydalı ola biləcək mövzular tədris olunub.

“Gənclərin peşə hazırlığı” təcrübə proqramına uyğun olaraq keçirilən təlimin mövzuları aşağıdakıları əhatə edib:

  • Azərbaycanın vergi tarixi və vergi siyasəti
  • Vergi qanunvericiliyinin nəzəri və praktiki aspektləri
  • Azərbaycan Respublikasının büdcə sistemi
  • Vergi orqanlarında xidmət keçmə
  • Vergi ödəyicilərinin qeydiyyatı və uçotu
  • Vergi ödəyicilərinə göstərilən xidmətlər
  • Mühasibat uçotunun əsasları
  • Komanda qurmaq bacarığı, işgüzar ünsiyyət
  • Vaxtın idarə edilməsi

Azərbaycan Universitetinin tələbə və məzunlarının iştirak etdiyi yay məktəbi zamanı təlimlərlə yanaşı iştirakçıların asudə vaxtlarının maraqlı keçirilməsi üçün də şərait yaradılıb. Belə ki, iştirakçılar üçün Vergi muzeyinə, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına, Mirzə Ələkbər Sabirin ev muzeyinə, Tarix diyarşünaslıq muzeyinə ekskursiyalar təşkil edilib.

Təcrübə proqramının sonunda Tədris Mərkəzi tərəfindən iştirakçılara sertifikatlar təqdim edilib.

Yay məktəbi Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə Azərbaycan Universiteti ilə arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində keçirilib. “Gənclərin peşə hazırlığı” təcrübə proqramına digər ali təhsil müəssisələrinin tələbə və məzunlarının da cəlb edilməsi nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi
08.08.2017


OTHER NEWS