NEWS

Azərbaycan Universitetinin tələbələri cəbhə bölgəsinə bayram sovqatı aparıb

Azərbaycan Universitetinin tələbələri cəbhə bölgəsinə bayram sovqatı aparıb

19 march 2018

Baxış sayı: 4996

Azərbaycan Universitetinin tələbələri Novruz Bayramı münasibəti ilə Ağdamın Alıbəyli və Səfərli kəndlərinin məktəblərini ziyarət ediblər. Tarix ixtisası üzrə təhsil alan magistratura tələbələri Alıbəyli-2 qəsəbə orta məktəbinin və Səfərli qəsəbəsi 91 nömrəli köçkün orta məktəbinin şagirdləri üçün bayram sovqatı aparıblar. Ziyarət tələbələrin təşəbbüsü və Ağdam Rayon İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunub.

Tədris şöbəsinin baş mütəxəssisi Yusif Novruzov, tələbələr Günay Əsgərova, Afiq Nadirov, Şərif Hüseynov və Könül Həsənovadan ibarət təşkilat komitəsi və icra hakimiyyətinin nümayəndələri – icra hakimiyyəti başçısının humanitar işlər üzrə müavini Ağa Zeynalov, ümumi şöbənin müdiri Ramiz Qədirov, informasiya təminatı və təhlil sektorunun müdiri Orxan Ələsgərov, icra hakimiyyətinin Ergi qəsəbəsi üzrə nümayəndəsi Fikrət Əliyev qeyd olunmuş məktəblərin direktor, müəllim və şagirdləri ilə görüşüb, onlara geyim əşyası, kitab, məktəb ləvazimatları, şirniyyat və meyvədən ibarət bayram sovqatını təqdim ediblər.

Günün sonunda təşkilat komitəsinin üzvləri Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun qəbulunda da olub, Azərbaycan Universiteti kollektivinin bayram təbriklərini çatdırıblar. İcra başçısı xeyirxah addımları üçün tələbələrə və Azərbaycan Universitetinə təşəkkür edib və bu cür ziyarətlərin cəbhə bölgəsində ruhyüksəkliyi yaratdığını bildirib.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.03.2018

OTHER NEWS