NEWS

Azərbaycan Universitetinin tələbələri üçün növbəti fərdi inkişaf təlimi keçirilib

Azərbaycan Universitetinin tələbələri üçün növbəti fərdi inkişaf təlimi keçirilib

25 april 2017

Baxış sayı: 4884

Azərbaycan Universitetinin tələbələri üçün “Fərdi İnkişaf Akademiyası-2” layihəsi çərçivəsidə “Özünümotivasiya və məqsədqoyma” mövzusunda seminar təşkil olunub. Təlimçi – ekspert Anar Məmmədov tərəfindən aparılan seminar Gənclər və İdman Nazirliyinin dəstəyi, “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. Layihənin digər tərəfdaşları “Qrinviç” Təhsil Mərkəzi və “Sağlam Ailə” Tibb Mərkəzi, informasiya dəstəkçisi isə “Edumap” Təhsil Portalıdır.  

Tədbirdə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Fərdi İnkişaf Akademiyası-2” layihəsi, həmçinin tərəfdaş “Qrinviç” Təhsil Mərkəzi tərəfindən təşkil olunan kurslar və tələbələrə təqdim edilən xidmətlər haqqında da məlumat verilib, birliyin 5 illik fəaliyyətini əks etdirən tanıtım çarxı nümayiş olunub.

Layihə respublikanın müxtəlif regionları və paytaxt gənclərini əhatə edir. Birinci mərhələni gənclərin fərdi inkişafına xidmət edən təlim və seminarlar əhatə edir. İkinci mərhələdə isə seçilmiş gənclərin iştirakı ilə Qəbələ rayonunda gənclər düşərgəsinin keçirilməsi nəzərdə tutulur. Layihənin əsas məqsədi gənclərin fərdi inkişafınıa, düşüncə tərzinin formalaşmasına, ictimai fəallığın artırılmasına xidmət etməkdir.  

İctimaiyyətlə əlaqələr şöbəsi
25.04.2017

OTHER NEWS