NEWS

The students of Azerbaijan University visited the "Fragile frontiers"exhibition

The students of  Azerbaijan University visited the

05 december 2019

Baxış sayı: 3224

Azərbaycan Universitetinin bir qrup tələbəsi YARAT Müasir İncəsənət Mərkəzində keçirilən “Zərif sərhədlər: İranın görünməyən sərhədlərinə baxış” qrup sərgisi ilə tanış olub.

Tələbələr burada sərgi haqqında qısa mühazirənin ardından 4 qrupa bölünərək yaradıcı tapşırıq icra ediblər. Tapşırıqlar birinci və ikinci mərtəbələrdə sərgilənən əsərlərlə bağlı olub. Birinci mərtəbədə nümayiş olunan əsərlərdə sərhədlərin dəyişkənliklərinin əbədi xarakter daşıdığı vurğulanır, ikinci mərtəbədəki əks mövqeli kompozisiya isə diqqəti fiziki sərhədlərdən kənarda aparılan araşdırmalara yönəldir. Sonda məkan bələdçisi ilə birlikdə yerinə yetirilmiş tapşırıqların müzakirəsi aparılıb.

Sərginin adı pofessor Firuzə Kaşani-Sabetin “Zərif sərhədlər: Qacar İranının azalan əraziləri” adlı essesinin başlığından götürülüb. Ekspozisiyaya müasir rəssamlar Nazgöl Ansariniya, Kamruz Aram, Dadbeh Bassir, Samira Eskandarfar, Qazaleh Hedayat, Samira Hodaei, Gelare Xoşgözaran, Robin Mandel, Əli Momeni, Timo Nasseri, Jalə Nesari, Navid Nur, Leyla Pazuki, Sara Rəhbər, Neda Razavipur və XIX əsrdə yaşayıb-yaradan rəssam Mirzə Qədim İrəvaninin əsərləri daxildir. Sərgi, sərhəd anlayışını qeyri-sabit, dəyişkən kimi nəzərdən keçirir, İran və onunla qonşu olan ölkələrin kontekstində sərhədlər dilemmasını araşdırır.

İctimaiyyətlə əlaqələr şöbəsi
05.12.2019

A group of students of Azerbaijan University experienced the exhibition Fragile Frontiers – Visions On Iran’s In/Visible Borders held at the YARAT Contemporary Art Centre. After listening to the guide's short lecture, the students completed the creative task in four groups.The tasks were related to the works on the first and second floors.The works on the first floor emphasize that boundary variations are eternal, and the second-floor counter-position works focused on studies beyond physical boundaries.At the end, a discussion of the tasks with the location guide was held.The exhibition’s title is inspired by the essay Fragile Frontiers: The Diminishing Domains of Qajar Iran by Professor Firoozeh Kashani-Sabet.

The exhibition includes works by contemporary artists Nazgol Ansarinia, Kamrooz Aram, Dadbeh Bassir, Samira Eskandarfar, Ghazaleh Hedayat, Samira Hodaei, Gelare Khoshgozaran, Robin Mandel, Ali Momeni, Timo Nasseri, Jaleh Nesari, Navid Nuur, Leila Pazooki, Sara Rahbar, Neda Razavipour and the old master Mirza Kadym Irevani. The exhibition reviews the border concept as unstable, changeable, examining the dilemma of borders within the Iranian context, alongside its neighboring nations.

Public Relations Department

OTHER NEWS