NEWS
Azərbaycan Universitetinin 3 tələbəsi payız semestrini Almaniyada oxuyacaq
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin 3 tələbəsi 2017/2018-ci tədris ilinin payız semestrini Almaniyanın Koblenz Universitetində oxuyacaq.
Zernur Hacıyeva (Menecment - MBA, II kurs), Elvin Əvəzzadə (Mühasibat uçotu və audit – BBA, IV kurs) və Hüsniyyə Hüseynova (Maliyyə- BBA, IV kurs) DAAD - Alman Akademik Mübadilə Proqramı ilə bu ölkəyə gedəcəklər.
Tələbələrimiz təhsil aldıqları dövrdə tam təqaüdlə (hər ay üçün 800 avro) təmin olunacaq, eyni zamanda yol xərcləri qarşılanacaq. Tələbələrin Koblenz Universitetində əldə etdikləri kreditlər Azərbaycan Universiteti tərəfindən müvafiq qaydada tanınacaq.
İctimaiyyətlə əlaqələr şöbəsi
21.09.2017
OTHER NEWS
Abituriyentlərə peşəkar məsləhət və informasiya dəstəyi
18 august 2026
Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparır
11 august 2026
Abiuriyentlərə Azərbaycan Universiteti haqqında məlumat verilib
03 august 2026
Azərbaycan Universiteti ali təhsil müəssisələrinin sərgisində təmsil olunur
29 july 2026
Abituriyentlər üçün məsləhət mərkəzi
27 july 2026
Azərbaycan Universiteti magistratura səviyyəsinə 10 ixtisas, 19 ixtisaslaşma və MBA proqramı üzrə qəbul aparır
17 july 2026
