NEWS

Azərbaycan Universiteti XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

Azərbaycan Universiteti XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir

01 october 2025

Baxış sayı: 10

Azərbaycan Universiteti Bakı Ekspo Mərkəzində bu gün işə başlayan 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində öz stendi ilə təmsil olunur. Universitetin stendində əsasən, professor-müəllim heyətinin dərslik və dərs vəsaitləri, universitetin nəşrləri, elmi jurnallar, konfrans materialları nümayiş olunur. 

Stendlə tanışlıq zamanı ziyarətçilərə Azərbaycan Universiteti haqqında ətraflı məlumat verilir, sualları cavablandırılır.

Bu il “Texno-insan: dünənin əfsanəsi, bu günün hadisəsi” mövzusuna həsr olunan sərgidə Azərbaycanla yanaşı Türkiyə, Argentina, İngiltərə, Litva, Qətər, Rusiya, Gürcüstan və digər ölkələrin görkəmli yazarları, elm adamları da təmsil olunacaq.

Sərgi çərçivəsində uşaqlar və böyüklər üçün master klaslar, inklüzivlik və digər aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, müsabiqələr, qiraət və musiqi saatları və kitab sənayesi sektorunun nümayəndələri arasında əməkdaşlıq platformaları təşkil ediləcək.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi oktyabrın 7-dək davam edəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS