NEWS

Azərbaycan Universiteti Gəncədə keçirilən müsabiqədə iştirak edib

Azərbaycan Universiteti Gəncədə keçirilən müsabiqədə iştirak edib

18 april 2025

Baxış sayı: 31

Azərbaycan Universiteti Azərbaycan Texnologiya Universitetində keçirilmiş “GreenTech” II Azərbaycan Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin final mərhələsində “AgroTech” layihəsi ilə təmsil olunub.  Universitetin komandası İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin tələbələri Namət Nağıyev, Fidan Abbaszadə, Humanitar və sosial elmlər fakültəsinin tələbəsi  Gülzaman Əliyevadan ibarət olub. Tələbələrə Riyaziyyat və informatika kafedrasının müdiri, dosent Rəşad Məstəliyev mentorluq edib. 

Müsabiqə Azərbaycan Texnologiya Universitetinin 55 illik yubileyi çərçivəsində Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə təşkil olunub. 

Müsabiqədə respublikanın 30 ali təhsil müəssisəsindən 80 komanda “Rəqəmsal ekologiya”, “Robototexnika”, “Yaşıl nəqliyyat texnologiyaları” və “Davamlı inkişaf üçün sosial innovasiyalar” olmaqla 4 kateqoriya üzrə I, II, III və həvəsləndirici yerlər uğrunda mübarizə aparıb.

Qalib komandalar sertifikat və hədiyyələrlə təltif olunublar.  

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS