NEWS

Azərbaycan Universiteti “Sahibkarlıq üzrə təhsilin inkişafı” beynəlxalq konfransında təmsil olunub

Azərbaycan Universiteti Rusiya Federasiyasının Tümen Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən “Sahibkarlıq üzrə təhsilin inkişafı” beynəlxalq onlayn konfransında təmsil olunub. Maliyyə və mühasibat kafedrasının müdiri, i.e.n, dosent Nəriman Böyükkişi, kafedranın müəllimləri i.e.n, dosent Əliağa İsmayılzadə, i.e.n. Sahib Məmmədov, Vəfa Əzizova və Rəfael Mərdiyevin iştirak etdiyi tədbirdə  iştirakçı ölkələrin ali təhsil müəssisələrinin  biznes və sahibkarlıq sahələri üzrə kadr hazırlığı istiqamətində mövcud təcrübələri müzakirə edilib, birgə inkişaf üzrə həyata keçiriləcək praktiki işlər müəyyən edilib. 

Nəriman Böyükkişi tədbir iştirakçılarına Azərbaycan Universitetində biznes sahəsində kadr hazırlığı, tədris olunan ixtisas fənləri, istehsalat təcrübəsinin təşkili, məzunların işlə təmin olunması barədə ətraflı məlumat verib. 

Tədbirdə Azərbaycan, Rusiya, Hindistan, Çin, Qazaxıstan, Tacikistanın ali təhsil müəssisələrinin nümayəndələri, Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin və Avrasiya İqtisadi Komissiyasının rəsmiləri iştirak edib. Tədbirin məqsədi universitetlərin biznes və sahibkarlıq təhsili üzrə müsbət təcrübələrinin, mövcud problemlərin və onların həlli yollarının müzakirə edilməsi üçün platforma təqdim etməkdir. 

 İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS