NEWS

Azərbaycan Universitetində “Bilik Kuboku” layihəsinin daxili seçim turu keçirilib

Azərbaycan Universitetində “Bilik Kuboku” layihəsinin  daxili seçim turu keçirilib

21 october 2025

Baxış sayı: 22

“Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyinin “Nə? Harada? Nə zaman?” intelelktual oyunu üzrə “Universitet Liqası” çərçivəsində “Bilik Kuboku” layihəsinin icrasına başlanıb. Yarışın Azərbaycan Universiteti üzrə I seçim turu Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilib. 

I turda 12 komanda - Xarıbülbül, İstiqlal, İnqilab, SOS, Z Force, Tələbənin gücü, Fontamas, GPT kids, Zəka gücü, Cyberstorm, BM One, Poseidon komandaları iştirak edib. Komandalar yarışda fərqli mövzularda suallara cavab verərək intellektual potensiallarını nümayiş etdiriblər.

“Bilik Kuboku”nun II seçim turu isə 15 noyabr 2025-ci il tarixində keçiriləcək. Finalçı komandalar daxili seçim turlarının nəticələrinə əsasən müəyyənləşəcək. 

Layihənin əsas məqsədi tələbələrin intellektual bacarıqlarını inkişaf etdirmək, analitik və məntiqi təfəkkür qabiliyyətlərini artrırmaq, həmçinin gənclər arasında  sağlam intellektual rəqabət mühitinin formalaşmasına töhfə verməkdir.

Qeyd edək ki, layihədə ölkənin paytaxt və regionlarda fəaliyyət göstərən 25-dən artıq ali təhsil müəssisəsi iştirak edir. Universitetlər üzrə daxili seçim turları sinxron şəkildə həyata keçirilir. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS