NEWS

azerbaycan_universitetinde_dim_uzre_telimlere_start_verilib

azerbaycan_universitetinde_dim_uzre_telimlere_start_verilib

05 november 2026

Baxış sayı: 11

Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə maarifləndirici təlimlərə start verilib.

Təlimin açılış hissəsində universitetin Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski, TGT sədri Hüseyn Rüstəmli və İqtisadiyyat və idarəetmə kafedrasının müdiri, iqtisad üzrə fəlsəfə doktoru Nahid Almasov iştirak ediblər.

Layihənin rəhbəri, Siyasi və ictimai elmlər kafedrasının müəllimi Əfqan Baxşəliyev təşəbbüsün məqsəd və əhəmiyyəti barədə məlumat verərək Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinin, gənclərin bu sahədə maarifləndirilməsinin və onların dayanıqlı gələcəyin qurulmasında fəal iştirakının vacibliyini vurğulayıb.

Təlimlər zamanı iştirakçılar dayanıqlı inkişaf, gender bərabərliyi, keyfiyyətli təhsil, ekoloji məsuliyyət və sosial bərabərlik mövzularında biliklərini artıracaq, qrup işləri və müzakirələr vasitəsilə öyrəndiklərini praktikada tətbiq edəcəklər.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS