NEWS

Azərbaycan Universitetində tələbələr üçün növbəti Karyera Günü keçirilib

Azərbaycan Universitetində tələbələr üçün növbəti Karyera Günü keçirilib.  Karyera İnkişafı Departamenti tərəfindən bu il səkkizincisi təşkil olunan ənənəvi tədbirdə 40-a yaxın şirkət və təşkilat təmsil olunub. 

Tədbir tələbələrə əmək bazarının müasir çağırış və tələbləri ilə yaxından tanış olmaq, işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq imkanı yaradıb. Tədbirdə müxtəlif profilli şirkət, idarə və müəssisələr, dövlət orqanları, təhsil müəssisələri və bu kimi qurumlar iştirakçılara vakansiyalarını, tələbələr üçün nəzərdə tutulan təcrübə və təqaüd proqramlarını təqdim ediblər. 

Tədbirdə təmsil olunan şirkət və təşkilatların nümayəndələri, insan resursları üzrə menecerlər iştirakçıların işə müraciət və təcrübə keçmək üçün doldurduqları anketləri və hazırladıqları CV-ləri qəbul edib, onlara işə qəbul prosesinin qaydaları və mərhələləri, iş müsahibələrinə hazırlaşma haqqında məsləhət və tövsiyələrini verib, sualları cavablandırıblar. 

Ənənəvi tədbirin məqsədi tələbə və məzunlara müvafiq platforma təqdim etməklə onların iş dünyasına çıxışının dəstəklənməsi, gənclərin istedad, bacarıq və imkanlarını qiymətləndirmələrinə kömək göstərilməsidir.

 İctimaiyyətlə əlaqələr şöbəsi



OTHER NEWS