NEWS

Azərbaycan Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti tədbir keçirilib

Azərbaycan Universitetində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti tədbir keçirilib

19 december 2024

Baxış sayı: 23

Azərbaycan Universitetində “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti tədbir keçirilib. “Small steps, big impact for our greener fututre” adlı tədbir Xarici dillər kafedrası tərəfindən təşkil olunub. Tədbiri giriş sözü ilə kafedranın müdiri Aygün Qasımova açaraq qeyd edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2024-cü il ölkədə “Yaşıl Dünya naminə həmrəylik ili” elan olunub, həmçinin Azərbaycan noyabr ayında COP29 kimi qlobal beynəlxalq tədbirə evsahibliyi edib. Kafedra müdiri vurğulayıb ki, Azərbaycan Respublikasının 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Bu prioritetə uyğun olaraq müxtəlif tədbirlər həyata keçirilir. 

Xarici dillər kafedrasının müəllimi Aysel Mehdiyeva tələbələrə ətraf mühitin qorunmasının və ekoloji təhlükəsizliyin təmin olunmasının əhəmiyyəti haqqında məlumat verib. 

Çıxışların ardından universitetin müxtəlif ixtisaslarında ingilis bölməsi üzrə təhsil alan tələbələr COP29, iqlim dəyişikliyi, qlobal istiləşmənin səbəbləri və həll yolları, həmçinin ətraf mühitin qorunması, su qıtlığı kimi mövzularda təqdimatlar nümayiş edib, qlobal iqlim problemlərinin həlli üzrə hazırladıqları layihələri təqdim  ediblər.

Tələbələr tərəfindən günəş sisteminin necə fəaliyyət göstərdiyini, qurğu üzərində suyun təmizlənməsi prosesini nümayiş etdirən maketlər, mövzu ilə əlaqədar çəkilmiş rəsmlər və hazırlanmış əl işləri tədbir iştirakçılarına  təqdim olunub. 

Qeyd edək ki, tədbir  Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamını rəhbər tutaraq Azərbaycan Universitetinin “Yaşıl dünya naminə həmrəylik ili” və “COP29” çərçivəsində həyata keçirilən tədbirlər planına uyğun olaraq təşkil olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS