NEWS

Baku Business Factory Azərbaycan Universitetində seminar keçirib

Baku Business Factory Azərbaycan Universitetində seminar keçirib

23 december 2015

Baxış sayı: 4818

Azərbaycan Universitetində təhsil alan tələbələr üçün “Baku Business Factory” (BBF) tərəfindən “Tələbə ikən necə biznes qurdum” adlı seminar təşkil olunub. Seminarda BBF-nin nümayəndəsi Toğrul Səmədov tərəfindən iştirakçılara ideyaların formalaşması və daha sonra biznesə çevrilməsinin mümkün yolları haqqında məlumat verilib.
Natiq öncə BBF-nin fəaliyyəti haqqında məlumat verib.  Qeyd edib ki, müxtəlif sahələrə aid biznes ideyaları olan gənclər BBF-dən ofis, mentor və maddi dəstək ala və müxtəlif təlimlərdə iştirak edə bilərlər.
Daha sonra öz təcrübəsini gənclərlə bölüşən qonaq bildirib ki, tələbəlik illəri ideyaların biznesə çevrilməsi üçün ən səmərəli dövrlərdəndir və iştirakçılar bundan maksimum faydlanmalıdırlar. Toğrul Səmədov uğurlu biznesə gedən yolun üç əsas şərtini problem və imkanların dəyərləndirilməsi, təhsil və riskə getməyə hazır olmaq kimi sıralayıb və motivasiyanın əhəmiyyətini vurğulayıb.
Seminarda əsasən biznes və iqtisadiyyat yönümlü ixtisaslarda təhsil alan tələbələr iştirak edib. 
Qeyd edək ki, “Baku Business Factory” gənclərdə biznes vərdişlərinin formalaşdırılması və onların biznes təşəbbüslərinin formalaşdırılması məqsədiylə 2015-ci ildə təsis olunub.

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
23.12.2015

OTHER NEWS