NEWS
Azərbaycan Universitetində bədii yaradıcılıq müsabiqə - festivalın daxili seçim turu keçirilib
Azərbaycan Universitetində ali təhsil müəssisələrinin tələbələri arasında təşkil olunan və ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş bədii yaradıcılıq müsabiqə - festivalın bədii qiraət istiqaməti üzrə daxili seçim turu keçirilib.
İştirakçıların ifası Tərcümə və filologiya kafedrasının müəllimləri Solmaz Süleymanova, Hüseyn Hüseynli və İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Toğrul Quliyevdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətinin qərarına əsasən Beynəlxalq münasibətlər ixtisası üzrə I kurs tələbəsi Təbriz Abbasov müsabiqənin qalibi elan olunub. Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə IV kurs tələbəsi Solmaz İsgəndərli və Sosial iş ixtisası üzrə I kurs tələbəsi Cansu Nəzərova II yerə layiq görülüb. Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə I kurs tələbələri Tamara Həsənova və Aynur Ağayeva isə III yeri tutublar.
Qaliblər sertifikatla təltif olunublar.
Müsabiqə - festivalın keçirilməsinin məqsədi gənclərə milli vətənpərvərlik ruhu aşılamaq, onları mədəniyyətimizə, incəsənətimizə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, bədii-estetik zövqlərinin formalaşmasına kömək göstərmək, incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.
Qeyd edək ki, müsabiqə-festival Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə təşkil olunub.
Daxili seçim turunun qalibləri
- Təbriz Amil oğlu Abbasov
Beynəlxalq münasibətlər, I kurs - Cansu Mahir qızı Nəzərova
Sosial iş, I kurs - Solmaz İsgəndər qızı İsgəndərli
Filologiya (Azərbaycan dili və ədəbiyyatı), IV kurs - Tamara Fəraqi qızı Həsənova
Muzey, arxiv işi və abidələrin qorunması, I kurs - Aynur Elçin qızı Ağayeva
Muzey, arxiv işi və abidələrin qorunması, I kurs
İctimaiyyətlə əlaqələr şöbəsi