NEWS
Bu il Azərbaycan Universitetinin 14 tələbəsi PTE sertifikatını əldə edib
Beynəlxalq sertifikatların geniş karyera imkanlarını, daxili və xarici əmək bazarında qazandırdığı üstünlükləri nəzərə alan Azərbaycan Universitetində artıq bir neçə ildir ki, tələbələr ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatının təlim və imtahanlarına cəlb olunurlar. Təlimlərin və imtahanın xərcləri Azərbaycan Universiteti tərəfindən qarşılanır. Sertifikatların təqdim olunması mərasimi isə ənənəvi olaraq hər tədris ilinin başlanğıcında təşkil olunur.
Bu il universitetin 14 tələbəsi PTE (Pearson Test of English) imtahanlarında müvəffəqiyyət əldə edərək A2 ( level 1), B1 (level 2), B2 (level 3), C1 (level 4) səviyyələrində beynəlxalq dil sertifikatlarına layiq görülüblər. Tələbələrə sertifikatlarını Xarici dillər kafedrasının müdiri Aygün Qasımova təqdim edib.
Sertifikat imtahanı danışıq və yazı hissələri olmaqla 2 mərhələdən ibarət olub. 2 namizəd Level 1 üzrə, 4 namizəd Level 2 üzrə, 6 namizəd Level 3 üzrə, 2 namizəd isə Level 4 üzrə imtahan verib.
Əldə olunan göstəricilər beynəlxalq imtahanların ekvivalentliyi üzrə A2= IELTS 3.0 – 4.0 və ya TOEFL 20-31, B1= IELTS 4-5 və ya TOEFL 57-86-ya, B2= IELTS 5-6.5 və ya TOEFL 87-109-a, C1=7-8 və ya TOEFL 95-110-a bərabərdir.
İmtahan iştirakçılarından 8 namizəd – Aysel Qədirova, Rüfət Əlizadə, Fatimə Cəfərzadə, Ağaşirin Hüseynli, Səid Məhərrəmli, Günel Əzizova, Səid Mehralı, Məryəm Səfərli daha yüksək nəticə əldə etdikləri üçün fərqlənmə sertifikatı ilə (Pass with merit) təltif olunublar.
2025-ci ildə PTE beynəlxalq dil sertifikatını əldə edən tələbələr
- Aysel Qədirova (Biznesin idarə edilməsi, ingilis bölməsi, II kurs)
- Rüfət Əlizadə (Mühasibat, II kurs)
- Fatimə Cəfərzadə (İnformasiya təhlükəsizliyi, ingilis bölməsi, II kurs )
- Mədinə Fərəczadə (Marketinq, ingilis bölməsi, II kurs)
- Ülvi Mirzə (İnformasiya texnologiyaları, II kurs )
- Ağaşirin Hüseynli (Tərcümə, ingilis bölməsi, II kurs)
- Səid Məhərrəmli Səid (Sosial iş, ingilis bölməsi, II kurs)
- Rəşid Sultanov (İnformasiya təhlükəsizliyi, ingilis bölməsi, II kurs)
- Günel Əzimova (Marketinq, ingilis bölməsi, II kurs)
- Rüfət Məmişov (Sosial iş, ingilis bölməsi, II kurs)
- Mələk Şərifzadə (Maliyyə, ingilis bölməsi, III kurs)
- Səid Mehralı (Kompüter mühəndisliyi, II kurs)
- Maya Həsənova (Turizm işinin təşkili, ingilis bölməsi, II kurs)
- Məryəm Səfərli (Təhsildə sosial-psixoloji xidmət, II kurs)
Qeyd edək ki, Azərbaycan Universiteti 2018-ci ildən ingilis dili biliklərini beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) proqramının imtahan alt mərkəzi kimi təsdiq olunub. PTE ingilis dili biliyini beynəlxalq səviyyədə təsdiq edən ən məşhur sertifikatlardan biridir. Universitetin bu sertifikatın təlimlərini və imtahanlarını təşkil etmək hüququ var.
İctimaiyyətlə əlaqələr şöbəsi