NEWS

Dissertant Könül Məmmədovanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib

Dissertant Könül Məmmədovanın dissertasiya işinin  ilkin müzakirəsi keçirilib

16 june 2021

Baxış sayı: 2212

Azərbaycan Universitetinin Azərbaycan dili və ədəbiyyat kafedrasının iclasında Könül Surxay qızı Məmmədovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Sarı aşığın poetik irsi və ədəbi obrazı” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, dosent Ülviyyə Rəhimovanın sədrlik etdiyi iclasda dissertantın elmi rəhbəri prof. Məhərrəm Qasımlı, rəyçilər prof. Asif Hacıyev, dos. Tariyel Qəni və komissiyanın üzvləri prof. Qorxmaz Quliyev iştirak edib. Kafedranın müəllimləri dos. Ülviyyə Əliyeva, dos. Fərhad Mədətov, Xəyalə Cəfərova, Ülkər Görgülü, Aynur Həsənova isə müzakirəyə onlayn qoşulublar. Sədr müzakirə iştirakçılarına iddiaçını təqdim edib, onun elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.

İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında məlumat verib, işin qısa məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndiriblər.

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.06.2021

OTHER NEWS