NEWS

Doktorant Ceyhun Bayramlının dissertasiya işinin növbəti müzakirəsi keçirilib

Doktorant Ceyhun Bayramlının dissertasiya işinin  növbəti müzakirəsi keçirilib

16 april 2021

Baxış sayı: 1975

Azərbaycan Universitetinin İctimai elmlər kafedrasının iclasında Ceyhun Məhərrəm oğlu Bayramlının tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Xürrəmilər hərəkatının tarixşünaslığı” mövzusunda dissertasiya işinin növbəti müzakirəsi keçirilib. Kafedra müdiri, prof. Qabil Əliyevin sədrlik etdiyi iclasda komissiyanın üzvləri t.ü.f.d. Nüşabə Quliyeva, t.ü.f.d. Məhəmməd Əliyev, t.ü.f.d. Salman İbişov, dos. Fazil Rüstəmov, Aybəniz Quliyeva iştirak edib. Prof. Qasım Hacıyev, prof. Habil Məmmədov, dos. Boran Əziz, Rəşad Abaslı isə müzakirəyə onlayn qoşulub. Kafedra müdiri müzakirə iştirakçılarına iddiaçını təqdim edib, elmi-pedaqoji fəaliyyəti haqqında məlumat verib.

İddiaçı dissertasiya işinin elmi aktuallığı, tədqiqatın məqsədi və vəzifələri, əsas elmi yenilikləri haqqında məlumat verib, işin qısa məzmunu ilə iştirakçıları tanış edib, verilən sualları cavablandırıb.

Daha sonra kafedranın professor-müəllim heyəti təqdim olunmuş dissertasiyanı müzakirə edib, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndiriblər.

Sonda dissertasiya işinin tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün qoyulan tələblərə cavab verdiyi qeyd olunub və açıq müdafiəyə tövsiyə olunması qərara alınıb.

Doktorantın elmi rəhbəri tarix elmlər doktoru, professor Anar İsgəndərovdur.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.04.2021

OTHER NEWS