NEWS

Doktorant Məlakə Rəcəbovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib

Doktorant Məlakə Rəcəbovaya fəlsəfə doktoru elmi dərəcəsi verilib

09 october 2026

Baxış sayı: 15

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan Universitetinin doktorantı Məlakə Rəcəbovaya “Azərbaycan ədəbiyyatı” ixtisasında  “filologiya elmləri” elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. Ali Attestasiya Komissiyasında keçirilən tədbirdə doktoranta müvafiq diplom təqdim olunub.

Məlakə Rəcəbovanı  Azərbaycan Universitetinin kollektivi adından fəlsəfə doktoru elmi dərəcəsi alması münasibətilə təbrik edir, elmi-pedaqoji və inzibati fəaliyyətində uğurlar arzu edirik!

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS