NEWS

Doktorant Seymur Hacıyevin ilkin müzakirəsi keçirilib

Doktorant Seymur Hacıyevin ilkin müzakirəsi keçirilib

04 december 2024

Baxış sayı: 329

İqtisadiyyat və idarəetmə kafedrasının iclasında doktorant Seymur Oktay oğlu Hacıyevin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Ölkənin inteqrasiyalaşmış korporasiyalarında risklərin strateji idarə edilməsi məsələləri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

İqtisadiyyat və idarəetmə kafedrasının professoru Rövşən Quliyevin sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.

Sonda dissertasiya işinin iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Doktorantın elmi rəhbəri  iqtisad üzrə elmlər doktoru, dosent Gülalıyev Mayıs Gülalı oğludur.

                           

 İctimaiyyətlə əlaqələr şöbəsi

                                                                        

OTHER NEWS